2025.10.22
AR ETN-nin Mikrobiologiya və Zoologiya İnstitutunun əməkdaşlarından ibarət kollektiv Azərbaycan Elm Fondunun elan etdiyi “Əsas Qrant müsabiqəsi-2025” nin qalibi olub
AR ETN-nin Zoologiya İnstitutunun baş direktoru, a.e.d., dos. Ələddin Eyvazovun rəhbəri olduğu Mikrobiologiya və Zoologiya İnstitutlarının əməkdaşlarından ibarət yaradıcı kollektivin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan edilən “Əsas Qrant müsabiqəsi-2025”-nə təqdim etdiyi “Müxtəlif mənbələrdən ayrılan mikroorqanizmlərdən farmokoloji aktivliyə malik birləşmələrin sintezinin elmi istehsal texnologiyasının praktiki əsaslarının hazırlanması” adlı layihə qalib elan olunubdur.
İcrası iki il üçün nəzərdə tutulan layihənin əsas məqsədi müxtəlif mənbələrdən, o cümlədən ekstremal şəraitə malik olan mikroorqanizmlərin, ilk növbədə göbələklərin ayrılması, onlardan bioloji, ilk növbədə farmokoloji aktivliyə malik maddələrin aktiv produsentlərinin seçilməsi, aktiv produsentlərin əsasında məqsədli məhsulun sintezinin və istehsal texnologiyasının elmi əsaslarının hazırlanmasıdır.
Müsabiqəyə belə bir layihənin təqdim edilməsi onunla əlaqədardır ki, müasir dövrün diqqəti cəlb edən məsələlərindən biri də ətraf mühitə antropogen təsir yükünün artmasına görə getdikcə ekoloji vəziyyətin pisləşməsi və ekoloji xarakterli problemlərin qloballaşması müşahidə olunur. Bunun da nəticəsində insan, o cümlədən uşaq ölümlərinin sayının yüksəlməsi, yeni xəstəliklərin baş verməsi, mövcud xəstəliklərin daha təhlükəli formalarının yaranması hesabına genişlənməsi və s. mənfi halların baş verməsinə səbəb olur. Bunların da qarşısının alınması hazırda müasir dövrün aktual tədqiqat istiqamətlərindəndir. Bu tədqiqatların yerinə yetirilməsində isə əsas diqqət antibakterial, antivirus, antifunqal və şiş əleyhinə təsir göstərən, insanların immun sisteminin ümumilikdə güclənməsinə səbəb olan, eləcə də ekstremal şəraitdə belə öz aktivliyini saxlayan funksional aktivlikli preparatların əldə olunmasına yönəldilir. Aparılan tədqiqatlar onu göstərir ki, bu qəbildən olan preparatların kimyəvi deyil, bioloji sintez yolu ilə əldə edilməsi daha perspektivlidir ki, bunların icərisində də mikroorqanzimlər xüsusi əhəmiyətə malikdirlər. Belə ki, onlardan belə təsir efektnə, daha dəqiqi farmokoloji aktivliyə malik olan maddələrin alınması ekoloji cəhətdən təhülkəsiz, iqtisadi cəhətdən səmərləi və texnoloji cəhətdən isə asandır. Buna baxmayaraq, bu gün praktikada tətbiq edilən və mikroorqanzimlərdən bu və ya digər birləşməni almaq üçün istifadə edilən mikroorqanzimlər təbiətdə olanların həddindən artıq az bir hissəsini (1%-ə belə çatmır) təşkil edir. Deyilənlərə onu da əlavə etmək lazımdır ki, mikoorqanzimlərin yayıldığı mühit amilləri onun biosintetik xüsusiyyətlərinə təsir edir və onlardan alınan preparatların istifadəsində ekoloji uyğunluq amili də rol oynayır və Azşərbaycan Respublikasında bu istiqamətdə məhsul istehsalına ümumiyyətlə rast gəlinmir, onda layihə üzrə nəzərdə tutulan məslələrin həll edilməsi zamanı əldə edilən nəticələrin mühüm əhəmiyyət kəsb etməsini, eləcə də ölkəmizdə qeyr-neft sektorunun inkişafına da bir töhvə olmasını da proqnozlaşdırmaq düzgün olardı.




