XƏBƏRLƏR
222 Arxiv

2025.10.22

Zoologiya İnstitutunda "Gəncləri narkomaniya bəlasından qoruyaq" adlı tədbir keçirilib

22 oktyabr 2025-ci il tarixində “Azərbaycan Respublikası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün İş  Planı” nın icrası ilə bağlı AR ETN Zoologiya İnstitutunda “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

Gənclərin iştirakı ilə keçirilən tədbiri giriş sözləri ilə açan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Nadirli nakomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükəsindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan danışıb.

Sonra söz İnstitutun Zooloji muzeyinin kiçik elmi işçisi Xatirə Qəhrəmanlı müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri olan nakomaniya haqqında söhbət açıb, əsasən gənclər və yeniyetmələr arasında günü-gündən artan ümumbəşər bir problem olduğunu vurğulayıb.

Tədbirdə həmçinin Quru onurğalıları laboratoriyasının böyük laborantı Əfsanə İsmayılova da çıxış edib. O, nakomaniyanın orqanizmi necə zəhərlədiyini, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki və psixoloji cəhətdən necə məhv olduğunu söyləyib.

Tədbirdə həmçinin digər əməkdaşlar da, narkotik və digər psixotrop maddələrin yaratdığı problem və fəsadlar haqqında maarifləndirici çıxışlar ediblər.

Tədbir video çarxın nümayişi ilə sona çatıb.