2025.10.21
Zoologiya İnstitutu əməkdaşının məqaləsi xarici jurnalda dərc edilib
Tədbiqi Zoologiya mərkəzinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Əbülfəz Nağı oğlu Tağıyevin həmmüəllifi olduğu "A mosaic of modular variation at a single gene underpins conversent plumase coloration" (Bir gendə modul variasiya mozaikasi konverent lələklərin rənglənməsinin əsasını təşkil etməsi) adlı məqalə Americanın yüksək nüfuzlu Science jurnalında (Impakt Factor (JCR):45.8, H-index (SClimago):59, SJR göstəricisi 10.416) dərc olunmuşdur. Jurnal Web of Science və SCOPUS kimi beynəlxalq bazalarda indeksləşir və Q1 kvartilə malikdir. Mühüm elmi nəticələrə malik məqalədə çaxraqcıl (Oenante) quşların lələk rənginin dəyişikliklərinin genetik mexanizmləri araşdırılmışdır.
Müəyyən edilmişdir ki, rəng dəyişiklikləri tək bir genin (monogenik) təsiri ilə baş verir. Rəng dəyişikliyinə səbəb olan variasiyalar ASIP (agouti signaling protein) adlı gendə baş verir. Bu genə inteqrasiya yolu ilə (növlər arasında genetik informasiya mübadiləsi) yeni genetik material daxil olub. Növlərarası variasiyalara səbəb olan rəng dəyişiklikləri ilə fərqli qidalanma davranışları arasında əlaqə olduğu fikri müəlliflər tərəfindən irəli sürülür. Nəticə olaraq tək bir genin fərqli növlərdə oxşar görünüşlərə səbəb ola bildiyi və bunun konvergent təkamül nümunəsi olduğu göstərilir. Yüksək elmi dəyərə malik məqalə 20-yə yaxın ölkədən (Çin, Fransa, Almaniya, İsveçrə, İtaliya, İspaniya, Macarıstan, Bolgarıstan, Ruminya, Sloveniya, Isveç, Türkiyə, Yunanıstan, Qazaxıstan, Finlandiya, Kipr və s.) olan 48 aparıcı tədqiqatçıların əməyinin nəticəsidir.




