XƏBƏRLƏR
355 Arxiv

2025.10.12

Zoologiya İnstitutunun gənc alimi Beynəlxalq Akademik Simpoziumda iştirak edib

ARETN Zoologiya İnstitutunun gənc alimi Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Rəcəbova 3 oktyabr 2025-ci il tarixində Qərbi Kaspi Universitetinin Giləzi Elmi-Tədqiqat Bazasında keçirilən “Xəzər dənizinin bu günkü ekologiyası – bərpası və deqradasiyası: perspektivlər” mövzusunda Beynəlxalq Akademik Simpoziumda iştirak edib. O, tədbirdə “Xəzərin Azərbycan sektorunda su quşlarının biomüxtəlifliyi: təhdidlər və bərpa perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə həmçinin yerli və xarici ölkələrdən tanınmış elm adamları, dövlət qurumlarının nümayəndələri və ekoloji sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Simpoziumun əsas məqsədi Xəzər dənizinin mövcud ekoloji və bioekoloji vəziyyətinin hərtərəfli öyrənilməsi, ekosistemdə baş verən dəyişikliklərin səbəb və nəticələrinin elmi əsaslarla müzakirəsi, habelə dənizin bərpası və davamlı idarəetmə imkanlarının müəyyənləşdirilməsindən ibarətdir.

Xüsusilə gənc tədqiqatçılar üçün yeni elmi nəticələrin təqdimatı və təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayan simpoziumda Xəzər dənizində çirklənmə, bioloji müxtəlifliyin azalması, iqlim dəyişikliyi, antropogen təsirlər və təbii balansın pozulması kimi aktual məsələlər müzakirə olunub.