2025.09.30
Zoologiya İnstitutunda Abbasov Ramin Əlastan oğlunun dissertasiya işinin müdafiəsi keçirilib
29 sentyabr 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.09/1 Dissertasiya şurasının növbəti iclası keçirilib. Biologiya elmləri doktoru, dosent Elşad Əhmədovun sədrliyi ilə keçən iclasda Abbasov Ramin Əlastan oğlunun 3109.01 - Baytarlıq elmləri (heyvan xəstəliklərinin diaqnostikası və terapiyası, heyvanların patologiyası və morfologiyası) ixtisasında "Yeni doğulmuş buzovların dispepsiyasının müalicə və profilaktikası" mövzusunda aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Famil Nəsib oğlu Nəsirovdur.
Ramin Abbasov mövzunun aktuallığı və işlənmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələri, metodları, nəzəri və praktiki əhəmiyyəti haqqında ətraflı məruzə ilə çıxış edib, görülən işlər barədə məlumat verib, verilən sualları cavablandırıb. Sonra rəyçilərin irad və təklifləri dinlənilib.
Sonda elmi işin aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiə üçün sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilib.




