XƏBƏRLƏR
514 Arxiv

2025.09.24

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

24 sentyabr 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunda  Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri giriş sözləri ilə açan institutun baş direktoru, aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

Sonra icraçı direktor, b.e.d., dosent Elşad Əhmədov b.e.d., dosent Əli Nəsirova 2429.01- “Parazitologiya” ixtisası üzrə elmi fəaliyyətə görə professor elmi adı verilməsi haqqında, elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva b.ü.f.d. Şəfa Xasayevanın “AZƏRBAYCANIN QƏRB BÖLGƏSİNİN HÖRÜMÇƏKLƏRİ (ARACHNİDA, ARANEAE)” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında , Təhsil şöbəsinin müdiri b.ü.f.d. Şəfa Xasayeva isə 2025-ci tədris ilində qəbul olmuş doktorant və dissertantların dissertasiya mövzuları haqqında şura üzvlərinə ətraflı məlumat verib.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.