XƏBƏRLƏR
441 Arxiv

2025.09.24

Zoologiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

24 sentyabr 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunda  27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözləri ilə açan institutun baş direktoru, aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov  27 sentyabr tarixinin respublikamızda  Anım Günü kimi qeyd olunduğunu vurğulayıb. Direktor, haqq yolunda mübarizədə xalqı öz arxasıyca aparmağı bacaran Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasətindən, canları, qanları bahasına xalqımıza qələbə sevincini yaşadan unudulmaz qəhrəmanlarımızın sücaətindən bəhs edib.

Sonra söz Quru onurğalıları labortoriyasının müdiri, b.ü.f.d., dosent Təvəkkül İsgəndərova verilib. O, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, dövlətimizin necə yumruq kimi birləşərək ərazi bütövlüyünü təmin etməsindən danışıb.

Daha sonra Quru onurğalıları labortoriyasının kiçik elmi işçisi Leyla Əhmədli də çıxış edərək, 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran şəhid və qazilərimizin  igidlik, cəsarət və rəşadətindən söhbət açıb.

Tədbirdə həmçinin biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, elmi işçi Elşad Əsgərov və digər əməkdaşlar da çıxış edərək şəhidlərin əziz xatirəsini təkcə bu gün deyil, hər zaman ehtiramla yad ediləcəyini söyləyiblər.

Sonda tədbir Anım Gününə həsr edilən video çarxın nümayişi ilə  başa çatıb.