XƏBƏRLƏR
672 Arxiv

2025.09.19

Fuad Rzayevin dissertasiya işinin ilkin müzakirəsi keçirilib

19 sentyabr 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunda Fuad Rzayevin biologiya elmlər doktoru elmi dərəcəsini almaq üçün hazırladığı dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İnstitutun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d, dosent Fuad Hüseynəli  oğlu Rzayevin “Azərbaycanda ev su quşlarının helmintlərinin ekologiyası və ultrastrukturu (Nematoda: Heterakidae)“ mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi məsləhətçiləri prof. Eldar Qasımov və  b.e.d. Əli Nəsirovdur.

Müzakirənin sonunda dissertasiya işinin aktuallığını, elmi və praktik əhəmiyyətini nəzərə alaraq Fuad Hüseynəli oğlu Rzayevin “Azərbaycanda ev su quşlarının helmintlərinin ekologiyası və ultrastrukturu (Nematoda: Heterakidae)“  adlı dissertasiya mövzusunun 2429.01- “Parazitologiya” ixtisasında biologiya elmlər doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının elmlər doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirəsinin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.