2025.09.10
Dissertasiya Şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib
10 sentyabr 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirilib. Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının elmi işçisi Gülnarə Tahir qızı Hüseynovanın “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin (Nematoda) biotası” mövzusunda dissertasiya işinin Dissertasiya Şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Aleksandr Yuryeviç Riss-dir.
Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Gülnarə Hüseynovanın 2429.01 - “Parazitologiya” ixtisasında “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin (Nematoda) biotası” mövzusunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin İnstitutun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edilib.




