XƏBƏRLƏR
1085 Arxiv

2025.08.01

Zoologiya İnstitutunun əməkdaşları Qarabağ bölgəsində ekspedisiyada olublar

14-18 iyul 2025-ci il tarixlərində ARETN Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının müdiri b.ü.f.d., Gülər Hüseynzadə, baş elmi işçisi b.e.d., Natalya Sneqovaya , aparıcı elmi işçisi b.ü.f.d.,  Ellada Hüseynova Qarabağ bölgəsində ekspedisiyada olublar. Onlar Zəngilan rayonunun Ağalı, Laçın rayonunun Zabux kəndlərində, Həkəri çayı sahillərində, Laçın-Şuşa yolu kənarlarından arxeoloji və entomoloji materiallar toplayıbar. Əldə olunan materialların işlənməsi və növədək təyinatının həyata keçirilməsi  institutun  laboratoriya şəraitində davam etdirilir.