XƏBƏRLƏR
937 Arxiv

2025.07.21

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

10-15 iyul 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunun Paleozoologiya laboratoriyasının müdiri, b.ü.f.d., dosent Könül Tapdıqova və Mingəçevir  Elmi Təcrübə Bazasının elmi işçisi Kazım Məmmədov  Yenikənd və Şəmkir su anbarlarında ekspedisiyada olublar. Birlikdə icra olunan tematik mövzuya uyğun olaraq  su anbarlarından  müxtəlif zooplankton  nümunələri toplanıb.  Nümunələr hidrobiologiyada qəbul olunmuş klassik metodlarla toplanmış, ov aləti kimi Apşteyn torundan, materialların fiksə olunması üçün 4%-li formalin məhlunundan  istifadə edilib.   Hər iki su anbarından toplanan 28 kəmiyyət nümunəsi analiz üçün laboratoriyaya gətirilib.