XƏBƏRLƏR
1045 Arxiv

2025.07.14

Zoologiya İnstitutunda görüş keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev, direktor müavini Elşən Məcidov və KTN-nin nümayəndələri ilə  Zoologiya İnstitutunun baş direktoru, a.e.d. Ələddin Eyvazov, icraçı direktor, b.e.d. Elşad Əhmədov və institutun alimləri arasında görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində balıq ehtiyatının qiymətləndirilməsi, birgə elmi-tədqiqatların aparılması, o cümlədən, akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, həmçinin ovunun ümumi yol verilən miqdarının (kvotasının) müəyyənləşdirmək məqsədilə birgə monitorinqlərin aparılması üçün ekspedisiyaların təşkili və həyata keçirilməsi məsələləri müzakirə olundu.

Tədbir iştirakçıları balıqçılıq və akvakulturanın inkişafına dair fikirlərini bildirdilər, müəyyən təkliflər irəli sürüldü.