2025.07.01
Dissertasiya şurasının nəzdində elmi seminarın iclası keçirilib
30 iyun 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. AR ETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnaz İsmayılovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda Morus cinsinin əsas yerli və adventiv ziyanvericiləri, onların ehtimal olunan ərazilərdə yayılma modeli” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.e.d., prof. Rauf Sultanovdur.
Sonda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Gülnaz İsmayılovanın 2413.01 – “Entomologiya” ixtisasında “Azərbaycanda Morus cinsinin əsas yerli və adventiv ziyanvericiləri, onların ehtimal olunan ərazilərdə yayılma modeli” mövzusunda təqdim etdiyi dissertasiya işi biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verir və işin növbəti mərhələyə təqdim olunması məqsədəuyğun hesab edildi.