XƏBƏRLƏR
162 Arxiv

2025.06.25

ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib

25 iyun 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. AR ETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin doktorantı Ləman Bəhram qızı Dadaşovanın “Azərbaycanın Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsinin su tutarlarında Hirudo orientalis növünün yayılması və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbərləri b.ü.f.d., dosent Adil Əliyev və b.ü.f.d., dosent Ələmdar Məmmədovdur.
Sonda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Ləman Bəhram qızı Dadaşovanın 2401.01- Zoologiya ixtisasında “Azərbaycanın Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsinin su tutarlarında Hirudo orientalis növünün yayılması və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işi biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.