XƏBƏRLƏR
158
Arxiv
2025.06.25
Zoologiya İnstitutunun əməkdaşı vebinarda iştirak edib
20 iyun 2025-ci il tarixində elmi jurnalların qiymətləndirilməsi və metrik göstəricilər sahəsində aparıcı platformalardan biri olan ”Journal Citation Reports (JCR)™” platformasının özəllikləri və illik yenilənmələri haqqında vebinar təşkil edilib. Vebinar zamanı iştirakçılara dinamik şəkildə dəyişən elmi nəşriyyat mühitində etibarlı və data əsaslı qərarların qəbulunu dəstəkləyən genişləndirilmiş jurnal profillərindən istifadə imkanları təqdim olunub.
ARETN Zoologiya İnstitutunun Hidrobiologiya Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Göyçə oğlu Cəlilov keçirilən vebinarda iştirak edib və sertifikatla təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.