XƏBƏRLƏR
3274 Arxiv

2016.10.18

Zoologiya İnstitutunda Dissertasiya Şurasınn növbəti iclası keçirilib

18 oktyabr İnstitutun nəzdində fəaliyyət göstərən  Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. AMEA Zoologiya İnstitutu “Cücülərin forma və sistematikası” laboratoriyasının kiçik elmi işçisi Gülbəniz İnqilab qızı Nadirovanın “Böyuk Qafqazın şimal-şərq zonasının yarpaqyeyən böcəklərin (Coleopteran, Chrysomelidae) növ tərkibi, bioekologiyası və onların tənzimlənməsində rolu” mövzusunda biologiya üzrə fəlsəfə doktoru  alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsi keçirilmişdir. İşin elmi rəhbəri biologiya üzrə elmlər doktoru N.B.Mirzəyeva, rəyçilər: b.ü.f.d. B.Ə.Əhmədov, b.ü.e.d. Q.N.Quliyevdir. Elmi seminarın sədri isə b.ü.e.d, professor Z.M.Məmmədov olmuşdur. Şurada 39 nəfər iştirak etmişdir.

Tədqiqatçı tərəfindən ilk dəfə olaraq Quba-Xaçmaz zonasının meşə sahələrində, meyvə bağlarında və bostan–tərəvəz əkin sahələrində 136 növ yarpaqyeyən böcək aşkar edilmişdir. Onlardan 25 növü Azərbaycanın, 36 növü isə bu zonanın forması üçün yenidir. Əlavə olaraq 12 dominant növün bioekoloji xususiyyətləri; landşaftlar üzrə yayılması təsərüffat əhəmiyyəti və entoniofaqları öyrənilmişdir.

 Tədqiqat işinin praktiki əhəmiyyəti isə öyrənilmiş təqvim fenologiyasına və uçuş dinamikasına əsasən zərərvericilərə qarşı inteqrir və bioloji  mübarizədə istifadə edilməsinin mümkünlüyü məqsədəuyğun hesab edilmişdir.