XƏBƏRLƏR
368 Arxiv

2025.06.20

Dissertasiya şurasının nəzdində elmi seminarın iclası keçirilib

20 iyun 2025-ci il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma  Mərkəzində direktor müavini Ramin Əlastan oğlu Abbasovun “Yeni doğulmuş buzovlarin dispepsiyasının  müalicə və profilaktikası” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarı keçirilib. Dissertasiya işinin elmi rəhbəri Baytarlıq elmləri doktoru, professor Famil Nəsir oğlu Nəsibovdur.

Sonda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Ramin Əlastan oğlu Abbasovun 3109.01- Baytarlıq elmləri (heyvan xəstəliklərinin diaqnostikası və terapiyası, heyvanların patologiyası və morfologiyası)  ixtisasında “Yeni doğulmuş buzovlarin dispepsiyasını müalicə və profilaktikası”  mövzusunda təqdim etdiyi dissertasiya işi aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.