2025.06.20
ARETN Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olub
Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədov, aparıcı elmi işçilər İradə Nuriyeva, Ilhamə Səfərova və böyük elmi işçi Səliqə Qazi 10-16 iyun tarixlərində Şəki, Göyçay, Ağdaş rayonlarında ekspedisiyada olublar.
Ekspedisiya müddətində Şəki bölgəsində fındıq bağlarında, həyətyanı sahələrdə, meşə və parklarda ağac və kollara baxış keçirilmişdir. Green Factory MMC Şəki rayonu Orta Zəyzid kəndi Aqro Parkda və bir sıra fərdi təsərrüfatlarda meyvə ağaclarına və kollarına baxış keçirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin müdüri Tələt Mehdiyev və digər əməkdaşlarla birlikdə Qəhvəyi mərmər taxtabitinin monitorinqində iştirak etdik, bağlarda qoyulan feromon tələlər yoxlanıldı və ziyanvericinin bu bölgəyə siyarət etmədiyi aşkarlandı. AMEA Şəki Regional Elmi Mərkəzin baş direktoru Yusif Şükürlü və mərkəzin digər əməkdaşları ilə görüşüb, Qəhvəyi mərmər taxtabiti haqqında söhbətlər aparıldı.
Ekspedisiya zamanı Göyçayın Qarabakkal və Bığır kəndlərində nar bağlarında qəhvəyi mərmər taxtabitiyə qarşı feromon tələləri qoyuldu, yerli fermerlərə zərərverici haqqında məlumat verildi.
Ağdaş rayonunda Ləki bağlarında da feromon tələlər qoyuldu və təsərrüfat işçiləri ilə söhbətlər edildi.