XƏBƏRLƏR
216 Arxiv

2025.06.19

Gülnarə Hüseynovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

19 iyun 2025-ci il tarixində ETN Zoologiya İnstitutunda Gülnarə Hüseynovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının elmi işçisi Gülnarə Tahir qızı Hüseynovanın “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin (Nematoda) biotası” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri Aleksandr Yuryeviç Rıss-dır.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Gülnarə Tahir qızı Hüseynovanın “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin (Nematoda) biotası” adlı dissertasiya mövzusunun 2429.01- “Parazitologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirəsinin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.