XƏBƏRLƏR
206 Arxiv

2025.06.18

“BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfrans başa çatıb

AR ETN Zoologiya İnstitutunun akt zalında reallaşan “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransın 3-cü seksiyasında “Qlobal iqlim dəyişilməsinin ekosistemlərə təsiri” istiqaməti üzrə müxtəlif təşkilatlardan - KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu(Gəncə şəhəri), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Axundov adına Elmi-Tədqiqat Tibbi-Proflaktika institutu və AR ETN Zoologiya İnstitutundan daxil olmuş məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirin sonunda institutun baş direktoru, a.e.d. Ələddin Eyvazov xarici və yerli qurumların alim və əməkdaşlarının iştirakı ilə keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirib və məhsuldar iştiraka görə onlara öz minnətdarlığını bildirib.

Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub, birgə xatirə şəkli çəkilib. Bununla da konfrans öz işini yekunlaşdırıb.