2025.06.18
“BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” adlı respublika elmi-praktik konfrans seksiya iclasları ilə davam edir
AR ETN Zoologiya İnstitutunun akt zalında reallaşan “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransı öz işini ikinci seksiyada davam etdirir. “Heyvanlar aləminin mövcud vəziyyəti və qorunması yolları” istiqaməti üzrə müxtəlif təşkilatlardan - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Zaqatala Dövlət Təbiət Qoruğu UNEC İqtisad Universitetin Zaqatala filialı və AR ETN Zoologiya İnstitutundan daxil olmuş məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, birgə xatirə şəkli çəkilib.
Qeyd edək ki, konfrans öz işini sonuncu seksiya üzrə davam etdirəcək.