2025.06.17
“BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransı öz işini seksiya iclasları üzrə davam edir
“BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda respublika elmi-praktik konfransında AR ETN Zoologiya İnstitutunun akt zalında reallaşan seksiya iclasında maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
Birinci seksiyada “Bioloji müxtəliflik nəzəri və tətbiqi aspektləri” istiqaməti üzrə müxtəlif elmi müəssisə və təşkilatlardan - KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu (Gəncə şəhəri), KTN Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, publik hüquqi şəxs, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və AR ETN Zoologiya İnstitutundan daxil olmuş məruzələr dinlənilərək müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, birgə xatirə şəkli çəkilib.
Konfrans öz işini növbəti gündə seksiyalarla davam etdirəcək.