XƏBƏRLƏR
201 Arxiv

2025.06.13

Zoologiya İnstitutunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

13 iyun 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda Milli Qurtuluş gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan institutun baş direktoru a.e.d., dosent Ələddin Eyvazov iştirakçıları iclasın gündəliyi ilə tanış edib. O, çıxışında bildirib ki, 1993-cü il 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. Milli Qurtuluş xalqımızın xilası, dövlətimizin yüksəlişi və tərəqqisidir. Ulu Öndərin qayıdışından, qurtuluşdan başlanan tarix Azərbaycanı dünyada söz sahibinə çevirib, Zəfər zirvəsinə yüksəldib.

15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı "Dəmir yumruq" siyasəti 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən Vətən Müharibəsini Qələbə zəfəri ilə başa vurdu, ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət qalib gəldi.

Tədbirdə daha sonra institutun “Yeni Azərbaycan Partiyasının” təşkilat sədri b.ü.f.d., Hafiz Muxtarov və Quru onurğalıları laboratoriyasının böyük laborantı Əfsanə İsmayılova Qurtuluş Günü ilə bağlı məruzələr ilə çıxış edib.

Tədbir “Milli Qurtuluş Gününə” həsr edilən video çarxın nümayişi ilə başa çatıb.