XƏBƏRLƏR
210 Arxiv

2025.06.13

Dissertasiya şurasının növbəti iclası keçirilib

12 iyun 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.09/1 Dissertasiya şurasının növbəti iclası keçirilib. Baytarlıq elmi tedqiqat İnstitutunun dissertantı Rəna Nəsirulla qızı Əkbərovanın 2429.01 - “Parazitologiya” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Azərbaycanın cənub zonasında xırda buynuzlu heyvanların əsas helmintozları və onların törədicilərinin növ tərkibinin öyrənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri Saleh Heydər oğlu Məhərrəmovdur.

Sonda Rəna Nəsirulla qızı Əkbərovanın “Azərbaycanın cənub zonasında xırda buynuzlu heyvanların əsas helmintozları və onların törədicilərinin növ tərkibinin öyrənilməsi” dissertasiya mövzusunun aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edildi.