XƏBƏRLƏR
1352 Arxiv

2016.10.13

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Zoologiya İnstitutunda 13 oktyabr 2016-cı il tarixli, Elmi şura keçirilib. Şurada 2016-2017-cı il magistr planına dair AMEA Zoologiya İnstitutuna veriləcək mövzuların müzakirəsi keçirildi. İnstitutun direktoru Elman Yusifov qəbul olunmuş  magistrantlar üzərində şöbə müdirləri tərəfindən ciddi  tələbkarlıq olmasının, onların aktivliyi, maraqları kəsişmədən ənənəvi metodlardan qaçıb, qeyri standart, multidissiplinar mövzulara üstünlük verilməsinin labüdlüyünü vurğuladı. Daha sonra b.ü.e.d. Şaiq İbrahimovun çıxışı eşidildi. O, bu təşəbbüsün təqdirəlayiq hal olduğunu qeyd edib, elmlər arası əlaqənin İnstituta tətbiq edilməsini, yazılacaq elmi işlərin riyazi modelləşmə ilə sintezi üçün İnstitutda hər cür şəraitin yaradıldığını, işə qəbul olmuş gənc kadrlarda ideyalar rəqabətinin aparılması və s. kimi  fikirlərini şura üzvlərinin nəzərinə çatdırdı.

Sonda, şura üzvləri qeyd edilən məsələlər ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndirdilər.