XƏBƏRLƏR
373 Arxiv

2025.05.07

Təvəkkül İsgəndərovun dissertasiya işinin ilkin müzakirəsi keçirilib

07 may 2025-ci il tarixində Quru onurğalıları laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərovun elmlər doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Azərbaycanın zəhərli ilanlarının (Vpiperidae) taksonomiyası, zoocorafiyası, bioekologiyası və iqtisadi əhəmiyyəti” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Biologiya elmləri doktoru Tahir Kərimovun sədrliyi və laboratoriya əməkdaşlarının iştirakı ilə keçirilən müzakirədə əvvəlcə iddiaçının məruzəsi dinlənilib, daha sonra mövzu ətrafında suallar cavablandırılıb.  Çıxış və müzakirələrdən sonra laboratoriyanın yekun rəyi oxunaraq dissertasiya işinin müdafiənin növbəti mərhələsinə təqdim olunması qərarı verilib.