2025.04.30
Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
30 aprel 2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclası giriş sözləri ilə açan institutun baş direktoru, aqrar elmlər doktoru Ələddin Eyvazov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli Sərancamından irəli gələn məsələlərin həlli haqqında şura üzvlərinə məlumat verib.
İclasda Quru onurğalıları laboratoriyasının müdiri b.ü.f.d Təvəkkül İskəndərov, baş elmi işçi b.e.d Tahir Kərimov, YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi İlk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov gündəlikdə olan məsələ ilə bağlı məruzə ilə çıxış edib.
Daha sonra icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov 17-18 iyun 2025-ci il tarixində Zoologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən “BİOMÜXTƏLİFLİYİN AKTUAL PROBLEMLƏRİ, MÜASİR BAXIŞLAR VƏ TƏDQİQATLAR” mövzusunda konfrans haqqında şura üzvlərinə məlumat verib.
Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.