2025.04.18
ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Fuad Rzayev Qərbi Qazaxstan Tibb Universitetində “Vizitinq Professor” proqramı çərçivəsində mühazirələr oxumuşdur
ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Fuad Rzayev 06.04.2025-12.04.2025 tarixlərində Qazaxstanın Marat Ospanov adına Qərbi Qazaxstan Tibb Universitetində “Vizitinq Professor” proqramı çərçivəsində mühazirələr oxumuşdur. Səfər müddətində Elm Həftəsində (Science Week) “Bioloji obyektlərin ultrastruktur tədqiqinin müasir üsulları” mövzusunda tədqiqatçı tərəfindən master klass keçirilmişdir. Histologiya, Mikrobiologiya və Anatomiya kafedralarının gənc alim və mütəxəssisləri üçün isə “Stress şəraitində hüceyrələrdə baş verən dəyişikliklərin ultrastruktur xüsusiyyətləri” mövzusunda mühazirə oxunmuşdur. Əlavə olaraq, elmi məsləhətçisi olduğu və fəlsəfə doktoru proqramı üzrə (PhD) təhsil alan doktorantı ilə (Jurqenova Altınay) elmi müzakirələr aparılmış və məsləhətlər verilmişdir. Alimimiz Qərbi Qazaxstan Tibb Universitetinin kafedralarının tədqiqatçıları ilə birgə elmi işlərin yerinə yetirilməsi, əldə olunan nəticələrin Web of Science və Scopus bazalarında indeksləşən nüfuzlu jurnallarda nəşr olunması və beynəlxalq layihələrin hazırlanması istiqamətində danışıqlar aparılmışdır.