XƏBƏRLƏR
565 Arxiv

2025.04.10

Sumqayıt Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər.

Sumqayıt Dövlət Universitetinin Biologiya fakultəsində “Biologiya” ixtisası üzrə əyani şöbədə təhsil alan IV  kurs  tələbələri İnstitutun müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. İnstitutun  əməkdaşlarının rəhbərliyi altında tələbələr laboratoriya şəraitində müşahidə və tədqiqat aparır, kolleksiya materialları ilə işləməyi öyrənirlər. Həmçinin,  müasir texnologiyalarla və digər yeniliklərlə tanış olaraq elmi araşdırma mərhələlərini öyrənirlər.