2025.03.19
Zoologiya İnstitutunun əməkdaşları Laçın rayonunda ekspedisiyada olublar
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulmuş 4.3.4.1. “Yerüstü su mənbələrində yayılan fauna növlərinin tədqiqi” və 6.2.1.1. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yayılan fauna növlərinin tədqiq edilməsi” bəndləri üzrə ARETN Zoologiya İnstitutunun əməkdaşları b.ü.f.d., dos. Sara Əliyeva və b.ü.f.d., dos. Elyanə Tahirova tərəfindən 12-13 mart 2025-ci il tarixlərində Laçın rayonu ərazisindən keçən Həkəri çayından hidrofaunaya aid nümunələr toplanıb. Nümunələrin bir qismi toplanma yerində işlənib, digərləri isə qısa müddətdə laboratoriyaya gətirilib. İlkin analiz zamanı sərbəstyaşayan infuzorlardan Paramecium və Euplotes cinslərinin, çanaqlı amöblərdən isə Difflugia, Centropyxis və Cyclopyxis cinslərinin nümayəndələrinə rast gəlinib. Eyni zamanda toplanılan nümunələrdə çox sayda nematod fərdləri də qeydə alınıb.
Həkəri çayında ixtioloji tədqiqatlar zamanı çay qızılxallısı (Salma fario) qeydə alınıb.