XƏBƏRLƏR
1192 Arxiv

2025.03.14

Bakı Dövlət Universitetinin magistrantları Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin “Biologiya” ixtisası, Entomologiya ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantları 17 fevral – 17 mart tarixlərində institutun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşlarının rəhbərliyi altında elmi-tədqiqat təcrübəsi keçərək nəzəri və praktiki biliklərə yiyələnirlər. Magistrantlar üçün təşkil olunan elmi-tədqiqat təcrübəsinin məqsədi onlara laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, kolleksiya materialları ilə işləmək, həmçinin tələbələri müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma mərhələlərini öyrətməkdən ibarətdir. 

Qeyd edək ki, Bakı Dövlət Universiteti və AR ETN Zoologiya İnstitutu arasında uzun müddət davam edən qarşılıqlı əməkdaşlıq nəticəsində bakalavr və magistrantların təcrübə keçməsinə şərait yaradılmışdır. Universitetlər və elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştirakı ölkəmizdə elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biridir.