XƏBƏRLƏR
606
Arxiv
2025.03.11
Bakı Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər
Bakı Dövlət Universitetinin Biologiya fakultəsində “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan IV kurs tələbələri AR ETN Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər. Təcrübə müddəti 17 fevral - 28 mart tarixlərini əhatə edir. Tələbələr İnstitutun müxtəlif laboratoriyalarında əməkdaşların rəhbərliyi altında elmi-tədqiqat təcrübələri apararaq nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
Qeyd edək ki, Bakı Dövlət Universiteti və AR ETN Zoologiya İnstitutu arasında təhsil və elm sahəsində inteqrasiyanın gücləndirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq qurulmuş, tələbələrin təcrübə keçməsinə şərait yaradılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.