XƏBƏRLƏR
719 Arxiv

2025.03.07

Zoologiya İnstitutunda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

7 mart  2025-ci il tarixində AR ETN Zoologiya İnstitutunda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov qadın əməkdaşları  8 Mart Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, onlara ailə səadəti və elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.O, xanımlarımızın  müdrikliyi, sədaqəti, qəhrəmanlığı, savadı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman digər xalqlardan seçildiyini bildirib, onların  həyatımızda oynadığı əvəzsiz roldan danışıb. Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında yüksək vəzifələrdə uğurla təmsil olunduğunu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiyini vurğulayan direktor ölkəmizdə gender bərabərliyinin yüksək səviyyədə olduğunu söyləyib.

Sonra İnstitutun elmi həyatında səmərəli fəaliyyətinə görə və 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə biologiya üzrə fəlsəfə doktoruları Simuzər Mamedova, Tamara Nuruyeva və Səliqə Qazi institutun Fəxri Fərmanları ilə  təltif olunublar.

Tədbirdə həmçinin Zoologiya İnstitutunun icraçı direktoru, b.e.d. Elşad Əhmədov, Azad Həmkarlar Təşkilatının sədri Gülnarə Aslanova, YAP ərazi təşkilatının sədri b.ü.f.d.  Hafiz Muxtarov, Quru onurğalıları laboratoriyasının müdiri, b.ü.f.d. Təvəkkül İsgəndərov və Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d. Yeganə Mahmudova zərif cinsin nümayəndələrini bu əlamətdar gün münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıblar .

Tədbirin sonunda Zoologiya İnstitutunun Azad Həmkarlar Təşkilatının sədri Gülnarə Aslanova tərəfindən  xanım əməkdaşlara bayram hədiyyələri təqdim olunub.