2025.02.28
Zoologiya İnstitutunda “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib
28 fevral 2025-ci il tarixində ARETN Zoologiya İnstitutunda “1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda məruzə ilə çıxış edib. “Mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir” deyən məruzəçi, əməkdaşlara “Ümumdünya Mülki Müdafiə Günü” haqqında ətraflı məlumat verib.
O, həmçinin güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mülki müdafiə işçilərinin işi və digər vacib məsələlər haqqında da danışıb.
Tədbir “fövqəladə halların idarə olunması” mövzusunda Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanan video-çarxın nümayişi ilə başa çatıb.