XƏBƏRLƏR
817 Arxiv

2025.02.27

Zoologiya İnstitutunun əməkdaşları təltif olunublar

AR ETN Zoologiya İnstitutunun Parazit sahib münasibətlərinin biokimyası laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Hacıyeva Nuranə Əli qızı 50 illik, həmin laboratoriyanın böyük laborantı Məmmədova Südabə  Məhəmməd qızı isə 55 illik yubiley münasibəti ilə Fəxri Fərmanla təltif olunublar.

Zoologiya İnstitutunun icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov  yubiley münasibəti ilə əməkdaşları təbrik edərək onlara  can sağlığı, uzun ömür, yeni-yeni elmi nailiyyətlər arzulayıb. Sonra yubilyarlara İnstitutun Fəxri Fərmanları təqdim olunub.