XƏBƏRLƏR
813 Arxiv

2025.02.25

İtaliya-Azərbaycan Universiteti çərçivəsində heyvandarlıq üzrə yeni ixtisas təqdim edilib

20 fevral 2025-ci tarixində ADA Universiteti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində Heyvandarlıq üzrə ilk bakalavr proqramını təqdim edib.

 İtaliyanın aparıcı aqrar şirkətlərinin nümayəndələrinin, bu sahədəki yerli və xarici ekspertlərin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən təqdimatda ARETN Zoologiya İnstitutunun  Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d., Yeganə Mahmudova, aparıcı elmi işçisi b.ü.f.d., Reyhan İbrahimova  və böyük elmi işçisi b.ü.f.d., Elnurə Aslanova  da iştirak edib.

Tədbir iştirakçıları italyan mütəxəssislərlə görüşmək, aqrar biznes, praktikanın məhsuldarlığa təsiri və digər mövzular barədə söhbət aparmaq imkanı əldə ediblər.

Həmçinin ADA Universitetinin nümayəndələri iştirakçılara proqramın əsas komponentləri, tədris metodu, təqaüd imkanları və gələcək karyera fürsətləri barədə ətraflı məlumat veriblər.