XƏBƏRLƏR
1231 Arxiv

2025.02.12

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

12.02.2025 il tarixində AR ETN Zoologiya İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İclası giriş sözləri ilə açan institutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov Elmi şuranın 2025-ci il üçün İş planı haqqında şura üzvlərinə məlumat verib.

Daha sonra, icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov 2025-ci il üzrə elmi tədqiqat mövzularının mərhələləri və Fərdi iş planı haqqında məlumat verib. O bildirib ki, cari ilin may ayında institut tərəfindən “Biomüxtəlifliyin aktual problemləri, müasir baxışlar və tədqiqatlar” adlı konfransın keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə artıq alim və tədqiqatçılardan ibarət Təşkilat kommisiyası da yaradılıb. Belə ki, sözügedən konfrans ekologiyanın ümumi məsələləri, onurğasız heyvanların biomüxtəlifliyi və mühafizəsi problemləri, onurğalı heyvanların biomüxtəlifliyi və mühafizəsi problemləri, bioloji müxtəliflik: nəzəri və tətbiqi aspektləri seksiyaları üzrə təşkil ediləcək.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.