2025.01.31
ETN Zoologiya İnstitutunda pakistanlı alimlə görüş keçirilib
30 yanvar 2025-cü il tarixində AR ETN Zoologiya İnstitutunda Pakistanın Kənd Təssərrüfatı Universitetinin Parazitologiya və Mikrobiologiya laboratoriyasının müdiri Dr. Muhammad Ali Shah ilə görüş keçirilib.
Görüşdə icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov və institutun bir qrup əməkdaşları iştirak edib. Qonağa institutun tarixi, elmi fəaliyyəti və parazitologiya sahəsində aparılan tədqiqatlar haqqında məlumat verilib. Həmçinin, Parazitologiya və Mikrobiologiya laboratoriyasının müdiri Dr. Muhammad Ali Shah öz ölkəsinin parazit faunası, bu sahədə görülən işlər və əldə olunmuş elmi nəticələr haqqında institutun əməkdaşların məlumatlandırıb.
Görüş zamanı gələcək birgə elmi əməkdaşlıq, elmi tədqiqatlar və nəşrlər müzakirə olundu.