XƏBƏRLƏR
523 Arxiv

2024.12.27

ETN Zoologiya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib

27 dekabr 2024-cü il tarixində ETN Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib. İclasda “Tətbiqi Zoologiya Mərkəzi”nin elmi işçisi Gülnaz Əzizağa qızı İsmayılovanın “Azərbaycanda Morus cinsinin əsas yerli və adventiv ziyanvericiləri, onların ehtimal olunan ərazilərdə yayılma modeli” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.e.d., professor Rauf Sultanovdur.

Geniş müzakirələrdən sonra dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Gülnaz Əzizağa qızı İsmayılovanın “Azərbaycanda Morus  cinsinin əsas yerli və adventiv ziyanvericiləri, onların ehtimal olunan ərazilərdə yayılma modeli” mövzusunda dissertasiya işinin 2413.01 – “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının  fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.