XƏBƏRLƏR
729 Arxiv

2024.12.26

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

27 dekabr 2024-cü il tarixində institutun kitabxanasında Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qüdrət qızı Kərimovanın 2413.01 “Entomologiya” ixtisası üzrə “Azərbaycanın torqanadlı (Neuroptera) həşəratlarının (Mantispidae, Ascalaphidae, Myrmeleontidae, Nemopteridae) faunası, sistematikası, ekologiyası və filogenetikası” mövzusunda doktorluq dissertasiya işinin seminar müzakirəsi keçirilmişdir. Dissertasiyanın elmi məsləhətçisi Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Yuryevna Sneqovayadır.

Müzakirənin sonunda İlhamə Qüdrət qızı Kərimovanın 2413.01 “Entomologiya” ixtisası üzrə “Azərbaycanın torqanadlı (Neuroptera) həşəratlarının (Mantispidae, Ascalaphidae, Myrmeleontidae, Nemopteridae) faunası, sistematikası, ekologiyası və filogenetikası” mövzusunda dissertasiya işi yekdilliklə bəyənilmiş və Müdafiə Şurasında müzakirəyə təqdim edilmişdir.