2024.12.18
Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib
18 dekabr 2024-cü il tarixində ETN Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib. ARETN Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin doktorantı Günay Zahid qızı İsgəndərovanın “Temperatur və fotoperiodun çuğundur mənənəsinin (Aphis fabae Scop) biologiyasına təsiri” mövzusunda təqdim etdiyi dissertasiya işinin elmi seminarı keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d Barat Əbdül oğlu Əhmədovdur.
Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Günay Zahid qızı İsgəndərovanın “Temperatur və fotoperiodun çuğundur mənənəsinin (Aphis fabae Scop) biologiyasına təsiri” adlı dissertasiya mövzusunun 2413.01 - Entomologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.