2024.12.11
AR ETN Zoologiya İnstitutunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib
11 dekabr 2024-cü il tarixində, AR ETN Zoologiya İnstitunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət etmiş, Ulu Öndərin xatirəsini dərin hüzünlə yad edərək məzarı üzərinə gül düzüblər.
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqillik dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də az olar. Ümumilli Lider Heydər Əliyev Azərbaycana rəhbətlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, dövlət müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub və dövlətimiz dünyada öz layiqli yerini tutub.
Ümummilli lider hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar abidə ucaldıb. Ulu öndər gələcək nəsillər üçün böyük örnəkdir. Onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini ildən-ilə daha çox görürük. Hazırda Azərbaycanın gündən-günə güclənməsi, inkişaf etməsi, bölgənin lider ölkəsinə çevrilməsi Ulu öndər siyasətinin nəticəsidir. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev daima yaşayacaqdır.
Azərbaycan xalqı dövlətin qurucusu, dahi insan - Ulu öndər Heydər Əliyevi unutmur və heç zaman unutmayacaqdır.