XƏBƏRLƏR
1073 Arxiv

2024.12.05

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

05.12.2024 il tarixində AR ETN Zoologiya İnstitunda elmi şuranın növbəti iclası keçirilib.

İclası giriş sözləri ilə açan institutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov İnstitutun illik hesabatı haqqında məlumat verib. O bildirib ki, hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 147 olmaqla 77 məqalə, 64 tezis, 1 kitab, 1 konfrans materialları, 1 monoqrafiya və 3 kitabça çap olunmuşdur. Onlardan 65 məqalə və 16 tezis xarici jurnallarda nəşr edilmişdir. Çap olunan məqalələrdən 48-i beynəlxalq bazalarda indeksləşən jurnallarda, onlardan 15-i impakt faktorlu jurnallarda çap olunub. Daha sonra təhsil şöbəsinin müdiri, b.ü.f.d. Şəfa Xasayeva doktorant və dissertantların attestasiyasının nəticələri haqqında, yeni qəbul olmuş doktorant və dissertantların plan-proqramları haqqında məlumat verib.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.