2024.12.02
Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi beynəlxalq konfransda çıxış etmişdir
ARETN Zoologiya İnstitutu, Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi Türkiyənin Muğla şəhərində təşkil olunan və dünyanın bir sıra ölkələrinin alim və mütəxəssislərinin,həmçinin peşəkar arıçılarının da iştirakı etdiyi, 24-28 noyabr 2024-cü il tarixlərində baş tutan “VIII Beynəlxalq Muğla Arıçılıq və Şam balı Konfransı”nda məruzə ilə çıxış etmişdir. Mütəxəssis çıxışında Azərbaycanda arıçılıq sahəsindəki xəstəliklərin son vəziyyəti, yayılması və onlara qarşı səmərəli mübarizə üsullarının tətbiqinin nəticələrini məruzə etmişdir. Çıxış sonrasında konfrans iştirakçıları tərəfindən verilən sualları cavablandırmış və sertifikatla təltif olunmuşdur.