2024.11.01
Dissertassiya şurasının növbəti iclası keçirilib
1 noyabr 2024-cü il tarixində ETN Zoologiya institutunun növbəti iclası keçirilib. ARETN Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, b.ü.f.d dosent Süleyman Şakir oğlu Süleymanovun 2401.01- “Zoologiya” ixtisasında biologiya elmləri üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Orta və Cənubi Xəzərin siyənək balıqları (sistematikası, ekologiyası, yayılması və ehtiyatı)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi biologiya elmlər doktoru, professor Rauf Vahid oğlu Hacıyevdir.
Sonda Süleyman Şakir oğlu Süleymanovun 2401.01- “Zoologiya” ixtisasında “Orta və Cənubi Xəzərin siyənək balıqları (sistematikası, ekologiyası, yayılması və ehtiyatı)” adlı dissertasiya mövzusunun biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında qoyduğu tələblərə cavab verdiyi qeyd edilib və işin ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya Şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.