XƏBƏRLƏR
446 Arxiv

2024.10.23

Elmi şurada cari ilin son hesabatları dinlənilib

23 oktyabr 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Təhsil şöbəsinin, Zooloji muzeyin, Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələrinin illik hesabatları dinlənilib. Təhsil şöbəsinin müdiri b.ü.f.d Şəfa Xasayeva, Zooloji muzeyin müdiri b.ü.f.d Səbinə Bünyatova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri b.ü.f.d Elyanə Tahirova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Nadirli şöbələrin cari ildə gördükləri işlər barədə geniş məlumat verib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.