XƏBƏRLƏR
948 Arxiv

2024.09.09

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin bir qrup əməkdaşı Beynəlxalq konfransda iştirak etmişlər

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin  bir qrup əməkdaşı 2024-cü il sentyabrda Türkiyənin İzmir şəhərində Türkiyə Respublikası Ege Universiteti, Özbəkistan Respublikası Andijan Dövlət Universiteti  və Azərbaycan Respublukası Bakı Dövlət Universitetlərinin birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etmişlər. Konfransda aparıcı elmi işcisi, b.ü.f,d., dosent İradə Nuriyeva “Azərbaycanda biomüxtəlifliyə təsir edəcək yeni invaziv zərərverici Halyomorpha halys Stal.  (Hemiptera, Pentatomidae), b.ü.f,d., böyük elmi işçi Səliqə Qazı “Şəkər çuğunduru aqrosenozuna zərər verən Lövhəbığ böcəklər ”, elmi işçi Zinyət Şahverdiyeva “Azərbaycanda dəvədəlləylərin şaquli yayılmasına dair”  məruzələr ilə çıxış etmişlər. Mərkəzin əməkdaşı Rəfiqə Qazi də “ Bal arisinin mikrosporidial xəstəliyi olan Nosema ceranae-nin müalicəsində bitki efir yağlarinin təsiri” adlı məruzəsi ilə konfransa onlayn qoşulmuşdur. Ege Universitetində keçirilən konfransda Tətbiqi Zoologiya mərkəzinin əməkdaşları aparıcı elmi işcisi, b.ü.f,d., İlhamə Səfərova, kiçik elmi işçilər Mətanət Qubadova, Ülkər Quliyeva, Aynurə Abbasova  da fəal iştirak etmişlər.

Konfrans Avrasiya, xüsusən də Türk dövlətləri arasında strategiyalar vasitəsilə əlaqələri təşviq etmək və tədqiq olunan ekosistemlərin dirçəldilməsi məqsədi ilə planlaşdırılmışdı.