XƏBƏRLƏR
946 Arxiv

2024.08.06

Zoologiya institutunun və Mingəçevir Elmi-Təcrübə bazasının əməkdaşları Yenikənd su anbarı ərazisində ekspedisiyada olmuşdur

27-31 iyul tarixlərində Paleozoologiya laboratoriyasının müdiri  b.ü.f.d. dosent Könül Tapdiqova  Mingəçevir Elmi-Təcrübə bazasının əməkdaşları ilə birlikdə Yenikənd su anbarından zooplankton nümunələri toplamışlar. Materialların toplanması zamanı hidrobiologiyada qəbul olunuş ümumi metodlardan istifadə edilmiş, su anbarının yuxarı, orta və aşağı hissələrindən kəmiyyət, bitkilərlə zəngin sahil sularından isə keyfiyyət nümunələri götürülmüşdür.  Ov aləti kimi Apşteyn toru və müxtəlif ölçülü kəfkirlər tətbiq olunmuşdur. Toplanmış nümunələr yerindəcə etiketlənmiş və laborator  analizlər üçün fiksə olunmuşdur.