XƏBƏRLƏR
1104 Arxiv

2024.08.02

Quru Onurğalıları laboratoriyasının əməkdaşları Kəlbəcər rayonunda ekspedisiyada olmuşlar

Quru Onurğalıları laboratoriyasının əməkdaşları b.ü.f.d. dosent Təvəkkül İsgəndərov və elmi işçi Elşad Əsgərov “Yaşıl dünya naminə həmrəylik ili” proqramı çərçivəsində Bezoar keçisinin (Capra aegagrus) Qarabağ ərazilərində tarixi areallarına reintrodusiyası ilə bağlı 2024 –cü ilin 24-26 iyun tarixlərində  Kəlbəcər rayonunda ekspedisiyada olmuşlar. Bezoar keçisinin məskunlaşdığı  sıldırımlı sərt dağ yamaclarında, Tutquçayın Tərtərlə birləşdiyi kanyonda, İstisu qəsəbəsinin şərqində Məmmədsəfi, Zar, Xoləzək kəndlərinin qarşılaşdığı qayalıqlarda vizual müşahidələr aparılmışdır. Müşahidələr göstərmişdir ki, ərazidə qaya keçilərinin əsas sıx məskən saldığı ərazilər Qamışlı körpüsünün ətrafındakı qayalıq ərazilərdir. Müşahidələr  Bezoar keçisinin Kəlbəcərdə sayca artımını göstərsə də, reintroduksiya üçün  fərdlərin bu ərazilərdən tutulması relyef baxımından məqsədəuyğun hesab edilmir.