2024.07.19
Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları tərəfindən ilk dəfə olaraq, nar bitkisi üzərində Halyomorpha halys Stal. ziyanvericisi qeydə alınmışdır
ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları – Barat Əhmədov, İradə Nuriyeva, İlhamə Səfərova və Səliqə Qazi tərəfindən verilən məlumata görə, Abşeron ərazisində Qəhvəyi mərmər bağacıq (Halyomorpha halys Stal.) ziyanvericisi ilk dəfə olaraq, nar bitkisi üzərində qeydə alınmışdır.
Hazırda Cənubi Qafqazda nar ağacı geniş becərilir. Azərbaycanın bir sıra rayonlarında nar bağları salınıb, həmçinin meşələrdə, dağ yamaclarında cır nara da rast gəlinir. Bu baxımdan da zərərvericinin narla qidalanması nar bağları üçün ciddi təhlükə yarada bilrər. Ona görə də vaxtında və səmərəli mübarizə tədbirləri aparmaq çox vacibdir.